AZ

Netanyahu Yunanıstan və Kipr liderləri ilə görüşdə Ərdoğana mesaj göndərib

İsrailin baş naziri Şərqi Aralıq dənizində imperiya iddialarına eyham vuraraq Türkiyəyə xəbərdarlıq edib...

İsrailin baş naziri Benyamin Netanyahu Yunanıstan və Kipr liderləri ilə keçirilən üçtərəfli sammit zamanı mətbuat qarşısında çıxış edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı ehtimal edilən sərt bəyanatla çıxış edib.

Poliqon xəbər verir ki, bu barədə Times of Israel nəşri xəbər məlumat yayıb.

Netanyahu regionda artan türk təsirinə eyham vuraraq bəzi ölkələrin “keçmiş imperiyalarını bərpa etmək və bu torpaqlar üzərində hökmranlıq qurmaq” xəyallarından əl çəkməli olduğunu bildirib.

“Ölkələrimizin hamısı tarixdə müxtəlif imperiyalar tərəfindən işğal olunub, lakin cəsarət və fədakarlıq sayəsində müasir dövrdə müstəqilliyimizi əldə etmişik. Torpaqlarımız üzərində yenidən imperiya və hökmranlıq qurmaq xülyasına qapılanlara deyirəm: bunu unudun. Bu baş verməyəcək. Heç bu barədə düşünməyin. Biz qətiyyətliyik və özümüzü müdafiə etmək gücündəyik, əməkdaşlığımız isə bu imkanları daha da gücləndirir”, deyə Netanyahu bildirib.

Qeyd olunur ki, bu görüş İsrail, Yunanıstan və Kipr arasında sayca onuncu üçtərəfli sammit olub. Sammit Afina dairələrində Türkiyənin Şərqi Aralıq dənizində hərbi mövcudluğunu genişləndirməsi ilə bağlı artan narahatlıqlar fonunda keçirilib.

Məlumatlara görə, Yunanıstan, Kipr və İsrail regionda təhlükəsizlik risklərinə cavab olaraq Şərqi Aralıq dənizində birgə sürətli reaksiya qüvvələrinin yaradılması imkanını da nəzərdən keçirirlər. Analitiklərin fikrincə, bu təşəbbüs regionda qüvvələr balansının dəyişməsi ehtimalına qarşı siyasi və hərbi koordinasiyanın gücləndirilməsinə yönəlib.

Poliqon.info

Seçilən
56
poliqon.info

1Mənbələr