Bakı. Trend:
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika MillətlərKubokunda daha 2 oyun keçirilib.
Trend-inməlumatına görə, A qrupunda Mali Zambiya ilə 1:1 hesablı heç-heçəedib. B qrupunda isə Cənubi Afrika Respublikası Anqolaya qalibgəlib - 2:1.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna 2026-cı il yanvarın18-də yekun vurulacaq.