AZ

Məşhur şirkətin məhsulundan xərçəngə yoluxdu: 65 milyon təzminat aldı

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Minnesota ştatında münsiflər heyəti Johnson & Johnson şirkətinə şirkətin məhsullarından istifadə etdikdən sonra xərçəng xəstəliyinə tutulduğunu iddia edən 37 yaşlı Anna Jean Houghton Carley-ə 65,5 milyon dollar təzminat ödəməyi əmr edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

İddiaçı şirkətin məhsullarından istifadə nəticəsində xərçəng xəstəliyinə tutulduğunu qeyd edir.

Məlumata görə,  Karlinin vəkilləri Johnson & Johnson şirkətinin məhsullarının asbestlə çirklənmiş ola biləcəyindən xəbərdar olduğunu, lakin potensial alıcıları bu barədə məlumatlandırmadığını sübut edən dəlillər təqdim ediblər. Hadisə 2023-cü ildə baş verib. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan qərar ilk deyil və Johnson & Johnson şirkətinə qarşı digər oxşar qərarlar da verilib.

Ayşən

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
icma.az

1Mənbələr