AZ

Netanyahu İrana xəbərdarlıq edib: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baş nazir Benyamin Netanyahu İsrailin İranın son zamanlar təlimlər keçirməsindən xəbərdar olduğunu bildirib.

APA-nın "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Netanyahu Yunanıstan və Kipr liderləri ilə birlikdə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib ki, "bunu izləyirlər və bütün lazımi hazırlıqları görürlər".

O qeyd edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq.

"Bunu İrana açıq şəkildə çatdırmaq istəyirəm: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq", - Netanyahu xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
8
apa.az

10Mənbələr