“Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Sabah" ailəsini təbrik edirəm. Çox vacib qələbədir. Buna ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına doğru bir qədər əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İndi istirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq".
Qeyd edək ki, oyun “bayquşlar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.