AZ

"Bu gün onlar qələbəyə layiq idilər" - "Sumqayıt"ın məşqçisi

Misli Premyer Liqasında 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun, həmçinin ilin son oyununda "Sumqayıt" ilə "Sabah" qarşılaşıb. Mehdi Hüseynzadə adına stadionda baş tutan qarşılaşmada qonaqlar qələbə qazanıblar.

Matçdan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç fikirlərini jurnalistlərlə bölüşüb:

""Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün onlar qələbəyə layiq idilər. Bütün buraxdığımız səhvlərdə bizi cəzalandırmağı bacardılar. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Lakin belə komandalara qarşı bir hissə yox, bütün matç boyu mükəmməl şəkildə oynamaq lazımdır".

Seçilən
75
1
fanat.az

2Mənbələr