AZ

Qorbaçovun tarixi görüş keçirdiyi Cenevrə villası satışa çıxarıldı Məbləğ

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1985-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında tarixi görüşün keçirildiyi Villa Fleur d’Eau Cenevrədə satışa çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsveçrə mediası məlumat yayıb.

Malikanə Cenevrə gölünün sahilində yerləşir. Satıcı əmlakı təxminən 29 milyon ABŞ dollarına, yəni 23 milyon İsveçrə frankına satmağı planlaşdırır. Villanın ümumi sahəsi təxminən 1000 kvadratmetrdir və 12 otaqdan ibarətdir.

Ev 1867-ci ildə bankir üçün inşa edilib. Hazırkı sahibi villanı 1996-cı ildə 2,4 milyon İsveçrə frankına alıb. Malikanə ilə birlikdə Monblan mənzərəli, təxminən 12 min kvadratmetrlik bitişik park da təklif olunur. Əmlak əvvəllər də hərraca çıxarılıb, lakin alıcı tapılmayıb.

Qeyd edək ki, 19 noyabr 1985-ci ildə məhz bu villada Mixail Qorbaçov və Ronald Reyqan arasında keçirilən danışıqlar gərginliyin azaldılması prosesində həlledici mərhələ kimi tarixə düşüb və Soyuq Müharibənin sona çatmasına ciddi təkan verib. Görüşdən sonra tərəflər nüvə müharibəsinin yolverilməz olduğunu bəyan ediblər və hərbi üstünlük əldə etmək niyyətindən imtina etdiklərini açıqlayıblar.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
globalinfo.az

1Mənbələr