Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində 31 Dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində2025-ci il ərzində beynəlxalq yarışlarda uğur qazanan idmançılar vəonların məşqçiləri ilə görüş keçirilib.
Trend xəbər verirki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları vəonların məşqçilərini təbrik edib, onlara gələcək yarışlarda uğurlararzulayıb. Bildirib ki, ölkəmizdə idman siyasətinin təməli UluÖndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırdaAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilir. Azərbaycan vətəndaşının fiziki sağlamlığınaxüsusi önəm verən Prezident İlham Əliyev idman və bədəntərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyatakeçirir, mühüm qərarlar qəbul edir.
Görüşdə qeyd edilib ki, 2025-ci il ərzində xaçmazlı idmançılarbeynəlxalq yarışlarda 2 qızıl, 5 gümüş və 3 bürünc medalqazanıblar. Respublika yarışlarında isə yeniyetmə və gənclər 65-əyaxın müxtəlif əyarlı medal əldə ediblər.
İdmançılar və məşqçilər göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.
Görüşün sonunda idman sahəsində əldə etdikləri yüksəknailiyyətlərə görə bir qrup idmançı və onların məşqçilərinə XaçmazRayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyələritəqdim olunub.