Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ə.Kələntərlini təşkilatın baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb. Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Baş katib görüş zamanı təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.