Bakı. Trend:
22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının(ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramovcari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki MüdafiəTəşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasıçərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi ƏrgücKələntərlini Təşkilatın Baş katibi vəzifəsinə seçilməsimünasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalqnüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisiolduğunu vurğulayıb.
Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığıngücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə,humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsiperspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş katib görüş zamanı, Təşkilatın fəaliyyəti, prioritetistiqamətləri və planları barədə ətraflı məlumat verib.