AZ

Paşinyandan Rusiyadakı erməni icmasına ağır zərbə

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Sankt-Peterburq şəhərindəki Erməni Apostol Kilsəsinin (EAK) din xadimləri Ermənistanın baş naziri Nikol Paşinyanı kilsə divarları arasında görüşə dəvət etsələr də, o, canlı ünsiyyətdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Realist” informasiya agentliyi məlumat yayıb.

Bunun ardınca şəhərdəki erməni icması kilsənin həyətində video-müraciət yayımlayaraq, Ermənistanda Apostol Kilsəsinin ruhanilərinə qarşı aparıldığı iddia edilən təzyiqlərə etirazını bildirib.

Aksiyada iştirak edənlərkilsə nümayəndələrinə qarşı siyasi təqiblərin dayandırılmasını, eləcə də hazırda həbsdə olan ruhanilərin azadlığa buraxılmasını tələb ediblər.

Tənqidçilərin fikrincə, baş nazir Nikol Paşinyan erməni diasporunun əhəmiyyətli bir hissəsini görməzlikdən gəlir və əsasən hakimiyyətə loyal, əvvəlcədən seçilən şəxslərlə görüşməyə üstünlük verir.

Bildirilir ki, həmin gün Paşinyan Sankt-Peterburqda yerləşən “Four Seasons” otelində dəvət olunan şəxslərlə, əvvəlcədən razılaşdırılan gündəlik əsasında görüş keçirib.

Etiraz edənlərin qənaətinə görə, bu cür yanaşma Ermənistan rəhbərliyi ilə xaricdəki erməni diasporunun bir hissəsi arasında uçurumun daha da dərinləşməsinə səbəb olur.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
globalinfo.az

1Mənbələr