AZ

Kürd yaraqlıları ilə Suriya təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub,: yaralananlar var

Hadisələr Türkiyə nümayəndə heyətinin Dəməşqə səfəri fonunda baş verir...

Poliqon xəbər verir ki, Suriyanın Daxili İşlər Nazirliyi Suriya Demokratik Qüvvələri”nin (SDF) döyüşçülərinin ölkənin şimal-qərbində, Hələb ətrafında yerləşən nəzarət-buraxılış məntəqələrinə və daxili təhlükəsizlik qüvvələrinə hücum etdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, atışmalar nəticəsində iki hərbçi yaralanıb, eyni zamanda mülki əhali arasında da xəsarət alanlar var.

Rəsmi açıqlamada bildirilir ki, Suriya ordusu hücumlara cavab tədbirləri görür və mövqelərindən açılan atəşlərə qarşılıq verilir. Yerli media isə bölgədə təhlükəsizlik vəziyyətinin kəskin pisləşdiyini, bəzi yaşayış məntəqələrinin sakinlərinin evlərini tərk etməyə məcbur qaldığını yazır. Məlumatlara görə, xüsusilə Hələbin şimal-qərbində gərginlik daha yüksəkdir.

Eyni zamanda SDF-in mətbuat xidməti hadisələrlə bağlı fərqli mövqe ortaya qoyub. Qurumun açıqlamasında iddia olunur ki, hücumların arxasında Suriya Müdafiə Nazirliyi ilə əlaqəli silahlı qruplar dayanır və baş verən eskalasiyaya görə məsuliyyət Suriya hökumətinin üzərinə qoyulur. SDF rəhbərliyi mülki əhalinin təhlükəsizliyinə təhdid yaradan addımların qəbuledilməz olduğunu vurğulayır.

Toqquşmalar Türkiyənin siyasi və hərbi rəhbərliyinin nümayəndələrinin Dəməşqə səfəri fonunda baş verir. Səfər çərçivəsində tərəflər arasında bir sıra təhlükəsizlik məsələləri, o cümlədən SDF qüvvələrinin gələcəkdə Suriya ordusuna inteqrasiyası mövzusu müzakirə olunur. Analitiklərin fikrincə, məhz bu danışıqlar fonunda yaranan ziddiyyətlər bölgədə gərginliyin artmasına əlavə təsir göstərir.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr