AZ

Nikol Paşinyan Vladimir Putinə təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Azərbaycanla sülh prosesinin inkişafına dəstəyə görə təşəkkür edib. O, qeyd edib ki, Rusiyadan gələn qatarlar artıq Azərbaycan ərazisindən Ermənistana gedir: “Əlbəttə ki, bölgəmizdə çox vacib və xoşbəxtlikdən müsbət inkişaflar baş verir.

Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim”, – deyə Nikol Paşinyan Sankt-Peterburqda Vladimir Putinlə görüşdə bildirib.

Qeyd edək ki, 8 avqustda Ermənistan və Azərbaycan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh müqaviləsini paraflayıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
71
editor.az

1Mənbələr