Zelenski Ukrayna xarici işlər naziri Sibihanın istefası ilə bağlı şayiələri təkzib edir.
Ukrayna lideri Andrey Sibiqanın vəzifəsindən azad ediləcəyi barədə iddiaları qəti şəkildə təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Diplomatiya Akademiyasında jurnalistlərlə söhbəti zamanı bildirib.
Məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski xarici işlər naziri Andrey Sibiqanın istefası ilə bağlı yayılan şayiələri əsassız adlandırıb:
“Mən Ukraynanın xarici işlər nazirini nə bu gün, nə sabah dəyişmək fikrində deyiləm. Hər ehtimala qarşı deyim ki, o biri gün də dəyişməyəcəm. Yəni ümumilikdə demək istəyirəm ki, biz komanda şəklində işləyirik. Mən onların işinə və xarici işlər nazirinin nəticələrinə böyük hörmətlə yanaşıram. Ona görə də bunlar həqiqətən bəzi deputatların yaydığı şayiələrdir”.
Xatırladaq ki, daha əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak Sibiqanın Ukraynanın Polşadakı səfiri təyin ediləcəyini, xarici işlər nazirinin birinci müavini Kislitsanın isə onun vəzifəsini tutacağını iddia etmişdi.
Xuraman Etibarlı
İnterpress.az