Sığındıqları evdə yanğın baş verdi. Əliliyi olan şəxs yanaraq öldü...
Xezerxeber.az xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Qonşuların sözlərinə görə, mərhum həyat yoldaşı ilə birlikdə tüfeyli həyat tərzi sürürmüş. Həmin ev də onların olmayıb. Ərazidə yaşayanlar iddia edirlər ki, Andrey içki aludəçisi olub. Hadisə vaxtı o da evdə olub.
Evin sahibi bildirir ki havalar soyuduğundan evi həmin şəxslər sığınacaq kimi verib və onlardan pul almayıb. 3 ay o evdə yaşayıblar.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.