AZ

İsrail “Hizbullah” hədəflərini vurdu

İsrail Müdafiə Qüvvələri (İMQ) dekabrın 22-də Livanın cənubunda bir neçə “Hizbullah” terrorçusuna hücum edib.

Editor.az bildirir ki, bu barədə İMQ Ofisinin sözçüsü deyib. Xatırladaq ki, ötən həftə İsrail Hərbi Hava Qüvvələri Livan boyunca “Hizbullah”ın hərbi hədəflərinə zərbə endirib. Həmin hücum zamanı artilleriya atəşinin aparıldığı və silahların saxlanıldığı hərbi düşərgədəki infrastruktur və buraxılış qurğuları məhv edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
editor.az

1Mənbələr