AZ

Masazırda qızı zorla maşına mindirib qaçırdılar

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün saat 17:30-da Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, “Qurtuluş 93” ünvanında naməlum şəxslər “Mercedes” markalı avtomobillə gələrək orada yaşayan gənc qızı zorla qaçırıblar.

Daha sonra ərazidən uzaqlaşıblar. Qız köməyə adam çağırsa da, faydası olmayıb.

Hadisə ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
12
icma.az

10Mənbələr