AZ

Boyun problemləri ürək tutmasına bənzər simptomlar yarada bilər

Rusiyanın Yaroslav Piroqov Universitetinin dosenti Yaroslav Gurin xəbərdarlıq edir ki, boyun onurğasının C4 və C5 köklərinin sıxılması ürək tutmasına bənzər simptomlar verə bilər. AzPost xəbər verir ki, bu barədə məlumatı Gazeta.ru yayıb.

Həkim izah edir ki, boyun onurğası bədənin strateji “nəqliyyat düyünü” kimidir: buradan həm onurğa beyni və əzələlərə gedən sinirlər, həm də beyni qidalandıran arteriyalar, limfa kanalları və baş hərəkətini təmin edən əzələlər keçir.

Boyundakı “sıxılma” nəticəsində bir sıra problemlər yarana bilər: baş ağrısı, ürək ağrısı (kardiqlaiya), əzələ gərginliyi, baş gicəllənməsi, yaddaş zəifləməsi və əsəbilik.

Gurin qeyd edir ki, xüsusilə C4-C5 köklərinin sıxılması ürək nahiyəsində ağrıya səbəb olaraq, ürək tutması ilə qarışdırıla bilər. Bu səbəbdən belə simptomlar olan şəxslərin əvvəlcə həkim-nevropatoloqa müraciət etməsi tövsiyə olunur.

AzPost.az

Seçilən
41
1
azpost.info

2Mənbələr