
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə İrəvan və Bakı arasındakı sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edib.
Sankt-Peterburqda Rusiya lideri ilə görüşdə Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq.
“Qatarların Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana gəlməsinə başlaması tarixi bir hadisə idi”, – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında və ənənəvi olaraq dekabrın sonlarında keçirilən qeyri-rəsmi MDB sammitində iştirak etmək üçün Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa səfər edib.