AZ

Daxili işlər naziri sıra baxışı keçirdi –  VİDEO

Daxili işlər naziri sıra baxışı keçirdi –  VİDEO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər və rayon polis orqanlarında, eləcə də daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakıda təşkil olunan sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş namizədlər arasından daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərini də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.

Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Seçilən
23
49
afn.az

10Mənbələr