AZ

2022–2025-ci illərin ən yaxşı Formula-1 pilotları açıqlanıb

Avtomobil idmanı nəşri "Motorsport Week" 2022–2025-ci illərdə qround-effekt reglamenti dövrünün ən yaxşı 10 Formula-1 pilotunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, reytinqdə “Red Bull” komandasının pilotçusu Maks Verstappen birinci, “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Maklaren” sürücüsü Lando Norris isə üçüncü yerdə qərarlaşıb.

Reytinqə görə, top-10 pilot belədir:

Maks Verstappen (“Red Bull”)

Şarl Lekler (“Ferrari”)

Lando Norris (“Maklaren”)

Fernando Alonso (“Alpine”/“Aston Martin”)

Corc Rassel (“Mercedes”)

Lyuis Hemilton (“Mercedes”/“Ferrari”)

Karlos Sayns (“Ferrari”/“Uilliams”)

Oskar Piastrı (“Maklaren”)

Pyer Qasli (“Alpha Tauri”/“Alpine”)

Niko Hülkenberq (“Haas”/“Kik-Zauber”)

Qeyd edək ki, 2022–2025-ci illər ərzində yalnız iki pilot dünya çempionu olub — Maks Verstappen (üç dəfə) və Lando Norris. Niderlandlı sürücünün ümumilikdə dörd titulunun olduğu bildirilir.

Seçilən
72
90deqiqe.az

1Mənbələr