AZ

Reuters: Rusiya Madaqaskarın hərbi hökumətinə silah göndərib...

Oktyabr çevrilişindən sonra hakimiyyətə gələn rejimə silah göndərişi Afrikada hərbi mövcudluğun genişləndirilməsi strategiyasına daxil edilir...

Poliqon xəbər verir ki, Rusiya oktyabr ayında baş vermiş hərbi çevrilişdən sonra hakimiyyəti ələ alan Madaqaskarın hərbi hökumətinə silah partiyası göndərib. Məlumatı Reuters Agentliyi yayıb.

Agentliyin yazdığına görə, dekabrın 20-də Rusiyaya məxsus hərbi nəqliyyat təyyarəsi Madaqaskara 40 rus hərbçisini və 43 qutu müxtəlif növ silah-sursat çatdırıb. Göndərişə atıcı silahlar, eləcə də tank əleyhinə qumbaraatanlar daxil olub. Rəsmi məlumatlarda bu silahların konkret hansı bölmələrə verildiyi açıqlanmayıb.

Bildirilir ki, silah tədarükü dövlətlərarası əməkdaşlıq çərçivəsində həyata keçirilib və Madaqaskar silahlı qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Hərbi hökumət nümayəndələri bu addımı ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və daxili sabitliyin təmin olunması ilə əsaslandırırlar.

Reuters vurğulayır ki, bu tədarük Rusiyanın Afrikada hərbi-siyasi təsirini genişləndirməyə yönəlmiş daha geniş strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Moskva son illər ərzində bir sıra Afrika ölkələri ilə, xüsusilə də siyasi qeyri-sabitlik və silahlı qarşıdurmalar yaşayan dövlətlərlə hərbi əməkdaşlığı artırıb.

Ekspertlərin fikrincə, Madaqaskara silah göndərişi Rusiyanın qitədə mövqelərini möhkəmləndirmək, təhlükəsizlik sahəsində tərəfdaşlıq adı altında yeni dayaq nöqtələri formalaşdırmaq və Qərbin təsir dairəsinə alternativ yaratmaq cəhdlərinin növbəti nümunəsidir.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr