AZ

Hüquqşünas: Gənclərin hüquqi siyasi maarifləndirilməsinə dəstək vacibdir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Gənclərin hüquqi və siyasi maarifləndirilməsi ümumilikdə dövlətin prioritet istiqamətlərindən biri hesab edilməsə də, dövlət bu sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini təşviq edə və dəstəkləyə bilər”.Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə layihələr həyata keçirməsi üçün onlara maliyyə dəstəyi verilməsi və təşviq olunması məqsədəuyğun olardı:“Bu sahədə kifayət qədər geniş və ciddi maarifləndirmə işi aparılmalıdır. Yanlış yönlü siyasi fəaliyyətlərin – o cümlədən casusluq və xarici təşkilatların, xüsusilə də ölkəmizin milli maraqlarına zidd fəaliyyət göstərən xarici donorların təsirlərinin qarşısının alınması üçün hüquqi baza formalaşdırılmalıdır. Azərbaycanda fikir plüralizminə geniş meydan verilməli, sağlam siyasi debatlar üçün imkanlar yaradılmalıdır. Belə debatlar cəmiyyətin inkişafı baxımından çox vacibdir. Bu mühitin formalaşması nəticəsində vətəndaşlar da öz konstitusion hüquqlarından istifadə etməyə daha çox meyilli olacaqlar. Bu həm seçkilərdə iştirakla, həm də daha aktiv vətəndaş mövqeyi ilə özünü göstərə bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
demokrat.az

1Mənbələr