AZ

Bu qərar cəmiyyətə uşaqlara qarşı diqqətli və qayğıkeş münasibətin vacibliyini göstərir

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Həbsdə olan 3 yeniyetmənin azadlığa buraxılması, Prezident İlham Əliyevin qərarı ilə həyata keçirilib. Bu, həm uşaqların hüquqlarının qorunmasına, həm də onların gələcək həyatına diqqətin göstəricisidir”.Bu sözləri Demokrat.az-a açıqlamasında uşaq hüquqları üzrə müdafiəçi Aynurə Bəhrəm deyib.O bidirib ki, dövlət yeniyetmələrə ikinci şans verməyə önəm verir:“Onların sosial reabilitasiyası, normal həyatına qayıtması və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün bu addımlar vacibdir. Həbsdə olan uşaqların hüquqlarının müdafiəsi onların psixoloji və sosial inkişafı baxımından da çox önəmlidir. Prezident İlham Əliyevin bu addımı həm hüquqi, həm də humanist yanaşmanın nümunəsidir. Bu qərar cəmiyyətə uşaqlara qarşı diqqətli və qayğıkeş münasibətin vacibliyini göstərir. Belə təşəbbüslər gənc nəsillərin maariflənməsi və düzgün istiqamətdə formalaşması üçün müsbət mesaj verir. Bu qərar uşaqların hüquqlarının qorunmasında dövlətin iradəsini və məsuliyyətini açıq göstərir. Prezident İlham Əliyevin addımı həm də cəmiyyət üçün nümunəvi bir davranışdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr