AZ

Türk Hava Yolları gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.

APA xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçı “X”də bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Onun sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul səfərlərinə başlayacaq.

Seçilən
37
9
apa.az

10Mənbələr