AZ

Dünyada ən çox hansı dildə danışırlar?

ain.az, Reyting.az saytına istinadən bildirir.

Dünya əhalisinin üçdə birindən çoxu ən populyar 10 dildə danışır.

Reyting.az xəbər verir ki, "Ethnologue" və “Derivation" mərkəzlərinin məlumatları əsasında hazırlanmış infoqrafik hesabatda 1996 və 2025-ci illərdə ən çox yayılan dillər müqayisə edilib.

Hesabata görə, 1996-cı illər ərzində əsas dillərdən biri kimi ön sıralarda yer tutmuş, 4-cü yerdə olan benqal dili mövqeyini itirir.

Qeyd olunur ki, 2025-ci ildə öz ana dilində danışan insanların sayı çoxalmaqla, 182 milyondan 345 milyona çatan hindi dili artıq 4-cü yerdədir. Rus və yapon dilləri isə öz mövqeyini qorumaqla, 17-ci və 8-ci yerlərdə qərar tutublar. Alman dili və çin dilinin "u" dialekti reytinqdən çıxıb və onların yerini pəncabla vyetnam dilləri tutub.

1996-cı ildə ümumilikdə 10 dil daşıyıcıları dünya əhalisinin 44 faizini, yəni 2,55 milyard / 5,8 milyard təşkil edirdisə, 2025-ci il üçün bu statistik göstərici 38 faizə düşməklə, 8,1 milyarddan 3,1 milyarda enib.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
reyting.az

1Mənbələr