AZ

Sərnişinlər ictimai nəqliyyatın fəaliyyətindən NARAZIDIR: Səbəb NƏDİR?

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İctimai nəqliyyatda sərnişin narazılığına əsas səbəb kimi Bakıdakı tıxaclar göstərilir. Bu vəziyyəti aradan qaldırmaq üçün ilkin olaraq tıxacların azaldılması zəruridir". Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O, bildirib ki, tıxacların sayı həddindən artıq çoxdur və mövcud reallıqda onları qısa zamanda tamamilə aradan qaldırmaq real görünmür:"Tıxacların yaranmasının obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də mövcuddur. Məhz bu amillər problemi daha da mürəkkəbləşdirir. Beləliklə, əsas problem məhz tıxacların həddindən artıq çox olması və onların həm obyektiv, həm də subyektiv səbəblərlə yaranmasındadır".Qeyd edək ki, Bakıda 120E nömrəli ekspres marşrut xəttinin fəaliyyəti sərnişinlərin narazılığına səbəb olub.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
demokrat.az

1Mənbələr