AZ

Ağlasığmaz DƏLƏDUZLUQ: 8 qaraçı qadın bir kişidən 600 uşaq “DOĞDU” – VİDEO

Rusiyada səkkiz qaraçı qadın müavinət almaq üçün bir kişidən 600-dən çox uşaq “doğub”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dövlətdən 237 milyon rubl (5 milyon 120 min man) müavinət almaq üçün saxta sənədlər hazırlayan dəstə ifşa olunub.

Məlumata görə, Rusiyada misli görünməmiş dələduzluq sxemi aşkar edilib. Səkkiz qaraçı qadın dövlət müavinətlərini ələ keçirmək məqsədilə bir kişidən ümumilikdə 600-dən çox uşaq “dünyaya gətirdiklərini” iddia ediblər.

Onlar müxtəlif şəhərlərin qeydiyyat şöbələrinə (ZAQS) və mərkəzlərə müraciət edərək ev şəraitində doğuş barədə yalan məlumatlar veriblər. Bu əsasla doğum haqqında şəhadətnamələr alan qadınlar, daha sonra saxta pasportlarla Rusiya Sosial Fondu vasitəsilə külli miqdarda pul rəsmiləşdiriblər.

Bu yolla dövlətə vurulan ziyanın məbləği 237 milyon rubl (təxminən 5 milyon manat) təşkil edib.

Faktla bağlı dələduzluq və sənəd saxtakarlığı maddələri ilə cinayət işləri açılıb.

Bir icraatda 89 iş birləşdirilib, istintaq Rusiyanın 24 regionunda aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
interpress.az

1Mənbələr