Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek ÖmüralıyevPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdanvə Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adındansəmimi-qəlbdən təbrik edim.
Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanıntarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşüçərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki,Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyidövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.
Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinəverdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir,Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafınaminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".