AZ

"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir

style='margin-bottom:10px;'>

"Fənərbaxça" heyətini gücləndirmək üçün növbəti transferini reallaşdırmağa yaxındır.

QOL.az TRT Spor-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi PSV-nin yarımmüdafiəçisi Coey Veermanın keçidi ilə bağlı prinsipial razılıq əldə edib.

Mənbənin məlumatına görə, "sarı-lacivərdlilər" niderlandlı futbolçu ilə bütün əsas şərtlərdə anlaşmağa nail olub. Klubun PSV rəhbərliyi ilə apardığı danışıqlar da son mərhələdə olduğu və razılaşmanın yaxın günlərdə yekunlaşa biləcəyi bildirilir.

Qeyd olunur ki, "Fənərbaxça"nın transfer siyahısında orta xətt üçün daha 2-3 namizəd var. Klubun Veermanla yanaşı daha bir futbolçunu heyətinə qatmaq istədiyi vurğulanır. Həmin namizədlərdən birinin baş məşqçi Domeniko Tedesko tərəfindən oyun üslubu xüsusi bəyənilən "Alanyaspor"un üzvü Maestro olduğu qeyd edilir.

Seçilən
58
1
teleqraf.com

2Mənbələr