"Mançester Siti" yarımmüdafiə xəttini gücləndirmək üçün "Bavariya"nın gənc istedadı Aleksandr Pavloviçi yaxından izləməyə başlayıb.
Fanat.Az xəbər verir ki, "365scores"un yaydığı məlumata görə, İngiltərə təmsilçisi 21 yaşlı futbolçunu zədəli ulduz Rodri üçün uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirir.
"Şəhərlilər" orta sahədə oyunun tempini nizamlaya biləcək yeni bir ulduz axtarışındadırlar və Pavloviç bu rol üçün ən güclü namizəd hesab olunur.
Almaniya klubunun bu marağa necə cavab verəcəyi və gənc yarımmüdafiəçinin Rodrinin varisi olub-olmayacağı futbol dünyasında maraqla gözlənilir.
Kamil Xudiyev