Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya ilə ABŞ arasında, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində, hələ də ciddi suallar qalır.
NOCOMMENT.az xəbər verir ki, eyni zamanda o, ABŞ prezidenti Donald Trampın administrasiyasının düzgün istiqamətdə addımlar atdığını qeyd edib:
“ABŞ-ın yeni açıqladığı milli təhlükəsizlik strategiyasında NATO-nun sonsuz genişlənməsinin arzuolunmaz olduğu açıq şəkildə vurğulanır. Lakin bu, Amerika tərəfinə, xüsusən də Ukrayna ilə bağlı olan bütün suallarımızı aradan qaldırmır”, – deyə Ryabkov qeyd edib.