“Real Madrid”də müdafiə xəttində böyük dəyişikliklər gözlənilir. 

Offsideplus.az xəbər verir ki, sağ cinah müdafiəçisi Dani Karvahalın 30 iyunda başa çatacaq müqaviləsi uzadılmayacaq.

Klub rəhbərliyi təcrübəli futbolçu ilə yolları ayırmağa qərar verib.

Məlumata görə, baş məşqçi Xabi Alonso yay aylarında müdafiə xəttində köklü dəyişikliklər etmək məcburiyyətində qala bilər.

Komandanın digər müdafiəçisi David Alabanın gedişi demək olar ki, dəqiqləşib.

Bundan əlavə, Antonio Rüdigerin gələcəyi də hələlik qeyri-müəyyən olaraq qalır.

Bu vəziyyət “Real Madrid”in yay transfer pəncərəsində müdafiə xəttinə xüsusi diqqət ayıracağını göstərir.