Ermənistan müstəqillik dövrünün ən ciddi kilsə–dövlət qarşıdurması ilə üz-üzədir. Gərginlik baş nazir Nikol Paşinyan ilə Erməni Apostol Kilsəsinin rəhbəri, Katolikos Garegin II arasında dərinləşməkdə davam edir.
"Yeni Sabah" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Radio Free Europe / Radio Liberty” saytında xüsusi yazı dərc olunub.
Yazı müəlliflərini bildirdiyinə görə, bu qarşıdurma artıq həbslərə, açıq ictimai ittihamlara və Ermənistanın milli kimliyi, idarəetmə modeli, geosiyasi orientasiyası, eləcə də baş nazirin Konstitusiyaya münasibəti ilə bağlı ziddiyyətli mövqelərə səbəb olub. Analitiklərin fikrincə, proses ölkənin siyasi mənzərəsini dəyişə və Ermənistanın diasporla münasibətlərinə ciddi təsir göstərə bilər. Xüsusilə də iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində bu qarşıdurma daha həssas xarakter alır.
Məqalədə qeyd olunur ki, qarşıdurmanın fonunda daha bir həssas məsələ — Ermənistanla Azərbaycan arasında sülh prosesi də diqqət mərkəzindədir. Avqust ayında tərəflər sülh sazişinin layihəsini paraflasalar da, sənəd hələ də rəsmi olaraq imzalanmayıb və ratifikasiya edilməyib. Buna baxmayaraq, Paşinyan kilsəyə təzyiqləri zəiflətməyib.
Radio Liberty yazır ki, baş nazir son olaraq Milli Təhlükəsizlik Xidmətinə kilsə ayinləri üzərində nəzarət tapşırığı verib. Belə ki, ruhanilərə liturgiyalar zamanı Katolikos II Qaregini xatırlatmamaq göstərişi verilib.
Telegram kanalımız