Ukraynanın Rusiya ilə müharibəyə son qoymaq üçün ABŞ ilə apardığı danışıqlar sadəcə ikitərəfli deyil. Dialoq mürəkkəb və çoxşaxəlidir.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bunu "Forbes" jurnalına verdiyi müsahibədə bildirib.
"Forbes"in məlumatına görə, Budanov sülh danışıqlarında şəxsən iştirak edir və ABŞ-ın niyyətlərini "Ağ Ev komandasından incə siqnalları və açıq tələbləri oxumaqla" qiymətləndirə bilər.
"Əslində, onlar prosesə yeni təkan və enerji qatıblar. Deyə bilərəm ki, gələcəyə nikbin baxıram", - Baş Kəşfiyyat İdarəsinin rəisi hesab edir.
Nəşr qeyd edir ki, Budanov özünü minimal şərhlərlə məhdudlaşdırıb və bütün detalları açıqlamayıb.
O, ABŞ ilə danışıqları şərh edərkən qeyd edib ki, danışıqlar "sadəcə ikitərəfli deyil, çoxtərəfli və mürəkkəbdir".
QAZİLER.AZ