Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
Publika.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.
Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Komissiyanın iclası olub.
İclasda qeyd olunub ki, Azərbaycanla Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.
2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.