Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq etməyi hədəfləyir.
Bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Cevdet Yılmaz deyib ki, bu, Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planında əksini tapacaq: “Üçüncü ölkələrdə sərmayə qoyulması, xidmət sahələrinə əməkdaşlığın təmin edilməsi bu gün imzalanacaq Fəaliyyət Planında əksini tapacaq”.
MənbəAPA