AZ

Ukrayna Rusiyanın ən iri neft terminallarından birinə hücum etdi

2025-ci il dekabrın 22-nə keçən gecə Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında yerləşən “Tamannefteqaz” Dəniz Neft Terminalına zərbə endirib.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (HUR) məlumatına görə, hücum nəticəsində terminalda, boru kəmərlərində, körpülərdə və iki gəmidə ciddi zədələnmələr baş verib, həmçinin terminal ərazisində və rezervuar parkında böyük yanğın olub.

Bundan əlavə, Ukrayna qüvvələri Donetsk vilayətində çay katerlərinin bazasına və Ulan-Udedə yerləşən sursat anbarına da zərbələr endirib.

Taman kompleksi Qara dəniz regionunun ən böyük neft daşıma obyektlərindən biridir və 1 milyon kubmetrdən çox həcmdə rezervuar parkına malikdir.

Ukrayna pilotsuz uçuş aparatları Temryuk rayonunun Volna qəsəbəsini də vurub. Hücum nəticəsində iki körpü qurğusu və liman akvatoriyasında olan iki gəmi zədələnib. Gəmilərdəki insanlar operativ şəkildə təxliyə edilib. Rəsmi məlumata görə, heyət üzvləri və sahildə olan işçilər arasında xəsarət alan olmayıb.

Seçilən
88
nocomment.az

1Mənbələr