AZ

Azərbaycan Braziliya Ciu citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Ümumrespublika seminarı” keçirilib - FOTO

Seminarda açılış sözü ilə çıxış edən İctimai Birliyin təsisçisi və Braziliya ciu citsu döyüş sənətinin Azərbaycanda banisi ustad Taleh Həsənov bu idman növünün vacib məqamları barədə məlumat verərək idmançılara uğurlar arzulayıb. Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov çıxışında mütamadi təşkil olunan seminarların əhəmiyyətindən və bu idman növünün Azərbaycanda inkişaf perspektivləri haqqında danışıb.

Birliyin sədri Fuad Kərimov öz növbəsində idmançılara tövsiyələrini vermiş və onlara daha yüksək nailiyyətlər arzulayıb.

İctimai Birliyin sədr müavini Anar Səfərov da çıxışında idmançılara uğurlar arzulayıb və seminarların hər zaman olduğu kimi bu il də silsilə şəkildə davam edəcəyini bildirib. 

Yığma komandanın baş məşqçisi Əkbər Hadıyev də öz növbəsində idmançılara öz peşəkar tövsiyələrini vermiş və seminara start verib.

Seminarda İctimai Birliyin klub və filiallarından olan idmançılar iştirak ediblər. Seminar uğurla baş tutmuş və idmançılar göstərdikləri nəticələrə görə kəmərlə dərəcələndiriliblər.

Seçilən
13
missiya.az

1Mənbələr