AZ

“Zaporojye AES danışıqlarda ən mürəkkəb məsələlərdən biridir” Vitse prezident

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ukrayna münaqişəsinin həllində irəliləyiş var, lakin onun sülh yolu ilə həll olunacağına dair tam əminlik yoxdur”. 

525.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Britaniyanın UnHerd portalına bildirib.

"Biz bu məsələni həll etməyə çalışacağıq, danışıqlar aparmağa davam edəcəyik. Düşünürəm ki, irəliləyiş əldə etmişik, amma sülh yolu ilə həllə nail olacağımızı əminliklə deyə bilmərəm. Hesab edirəm ki, bunun baş vermə ehtimalı böyükdür, amma əksi də əlbəttə ki, gözləniləndir”, - o söyləyib.

Vitse-prezident Zaporojye Atom Elektrik Stansiyasına mümkün birgə nəzarət məsələsinin Ukrayna danışıqlarında müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, bu, danışıqlarda ən merəkkəb məsələlərdən biridir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr