AZ

Türkiyə və Ermənistan arasında sərhədlər açılacaq

Türkiyə ilə Ermənistan arasında sərhəd-keçid məntəqələrinin açılması istiqamətində işlər sürətlənib.

NOCOMMENT.az bildirir ki, Erməni KİV-lərinin məlumatına görə, bu çərçivədə iki ölkə arasında əsas keçid nöqtələrindən biri olan Alican sərhəd-keçid məntəqəsində texniki araşdırmalar və hazırlıq tədbirlərinə başlanılıb.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ankaranın “Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı uzun müddətdir gözlənilən siyasi qərarı” qəbul edəcəyinə ümid etdiyini bildirmişdi.

Paşinyanın sözlərinə görə, de-yure diplomatik münasibətlərin olmamasına baxmayaraq, rəsmi İrəvan ilə Ankara arasında faktiki olaraq aktiv danışıqlar və əlaqələr mövcuddur. “Praktikada biz rəsmi Ankara ilə çox fəal danışıqlar aparır və münasibətləri saxlayırıq”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

Seçilən
44
nocomment.az

1Mənbələr