Göyçayda yanğın baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb. Belə ki, bir-birinə bitişik iki ev yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə iş aparılır.
Murad İbrahimli