AZ

Ceyhun Bayramov Vladanka Andreyevanı qəbul etdi

Xarici işlər naziri (XİN) Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyevanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Publika.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanla BMT arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə rezident əlaqələndiriciyə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.

2026-cı ildə ölkəmizin BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin Azərbaycanın çoxtərəfli diplomatiyada aparıcı rolunu nümayiş etdirdiyi vurğulanıb.

Seçilən
46
15
publika.az

10Mənbələr