AZ

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.

"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XVI turunda "Qarabağ"la oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də toplaşacaq.

Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

"Qırmızı-qaralar" hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvarda Bakıda keçirəcək.

Komandamızın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Qəbələ" XVII turda, yanvarın 24-də səfərdə "Şamaxı" ilə qarşılaşacaq.

Seçilən
99
10
far.az

10Mənbələr