AZ

2026-cı ilin ilk oyunlarının vaxtı bilindi

Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama tarixləri müəyyənləşib.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 17-ci turun matçları yanvarın 23-də start götürəcək. 

Üç günü əhatə edəcək turun açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Araz-Naxçıvan" komandaları arasında olacaq.

23 yanvar

14:30. "İmişli" – "Araz-Naxçıvan"
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. "Neftçi" – "Zirə"
"Palms Sports Arena"

24 yanvar

14:00. "Şamaxı" – "Qəbələ"
Şamaxı şəhər stadionu

16:30. "Qarabağ" – "Kəpəz"
"Azərsun Arena"

25 yanvar

16:00 . "Turan Tovuz" – "Sumqayıt"
Tovuz şəhər stadionu

18:30. "Sabah" – "Karvan-Yevlax"
"Bank Respublika Arena"

Seçilən
54
fanat.az

1Mənbələr