“Real”ın sabiq hücumçusu Predraq Miyatoviç keçmiş komandasının vingeri Vinisius Juniorun yeni müqavilə məsələsi ilə bağlı fikirlərini açıqlayıb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, o, “Real”ın dünyanın ən böyük klubu olduğunu bildirib:
“Klub həmişə futbolçudan önəmli olmalıdır. “Real” dünyanın ən böyük klubudur. Vinisius yeni müqavilə imzalamaq istəmirsə, onu satmaq lazımdır.
O, Kilian Mbappe və ya Lionel Messi səviyyəsində müqavilə tələb edirsə, bu sadəcə Vinisiusun müqavilənin müddətini uzatmaq istəmədiyini göstərir”.
Braziliyalı futbolçu bu mövsümdə “Real”ın 24 oyununda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.