AZ

Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) istiqraz buraxılışı yolu ilə 30 milyon dollar cəlb edir.

Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, dövlət şirkəti hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstiqrazlar üzər faiz dərəcəsi illik 7% təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər hər 3 aydan bir ödəniləcəkdir. 

"Azərbaycan Dəmir Yolları" tərəfindən investorlardan cəlb ediləcək vəsaitə (faizlə alınacaq borca) 7 ədəd lokomotivi alınacaq, bu alış ilə əlaqdər əlavə dəyər vergisi və gömrük rəsmiləşdirilməsi həyata keçiriləcəkdir. 

Emissiya üzrə anderrayter "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
marja.az

1Mənbələr