AZ

Aİ Rusiyaya qarşı sanksiyaları altı ay da uzatdı


Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların 31 iyul 2026-cı ilə qədər uzadıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, Aİ Şurası məlumat yayıb.
“Aİ Şurası Ukraynadakı vəziyyətin davam edən qeyri-sabitləşməsi ilə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri altı ay, 31 iyul 2026-cı ilə qədər uzadıb”, - məlumatda qeyd edilib.
Aİ Şurasının bildirdiyinə görə, ilk dəfə 2014-cü ildə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevral ayından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Tədbirlər ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar sahəsində məhdudiyyətlər daxil olmaqla geniş spektrli sektorlara şamil edilir.
Seçilən
77
yeniavaz.com

1Mənbələr