Erməni vəkil Raffi Aslanyan bildirib ki, sabahdan etibarən Ermənistanda Azərbaycandan gətirilən Aİ-95 benzinin litri 440 dram (təxminən 1,97 manat) qiymətinə satılacaq.
Qeyd edək ki, Ermənistanda Aİ-95 benzinin 1 litri 520-530 drama (2,32 – 2,36 AZN) satılır.
Bundan əvvəl Ermənistan benzini əsasən Rusiya və Misirdən idxal edirdi.
Azərbaycanda pərakəndə satışda eyni markalı benzinin 1 litri 1,6 AZN satılır.