AZ

Məktəblilərə narkotika asılılığının mənfi təsirləri barədə məlumat verilib

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Nərimanov rayonunda 212 nömrəli tam orta məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlərlə görüş keçirilib.

525.az-ın xəbərinə görə, İşçi Qrupundan bildiriblər ki, görüşdə iştirakçılara narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri, onun yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat verilib. İştirakçılarla mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran suallar cavablandırılıb.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, yerli komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak ediblər.

Görüşün yekununda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
525.az

1Mənbələr